ABŞ prezidenti Co Baydenin Çin sədri Si Cinpin haqqında mənfi fikir söyləməsindən sonra Çin Xarici İşlər Nazirliyi etiraz edib.

Tezadlar.az “İzvestiya”-ya istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

O, Ağ Ev rəhbərinin hərəkətlərini son dərəcə məsuliyyətsiz adlandırıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi onların diplomatik etiketi pozaraq açıq təxribata çevrildiyini vurğulayıb.

"Amerika tərəfinin verdiyi bəyanatlar son dərəcə absurddur, son dərəcə məsuliyyətsizdir, faktlara ziddir, diplomatik etiketi ciddi şəkildə pozur və Çinin siyasi ləyaqətinə ciddi hücum və açıq siyasi təxribatdır", - Ninq deyib.

Xəbər verdiyimiz kimi, bir gün əvvəl Bayden demişdi ki, Si Cinpin diktatordur. Amerika lideri hiss edib ki, vəziyyət onun nəzarətindən çıxdığından, Çin rəhbəri fevralda hava şarı ilə bağlı insidentin həllindən narazıdır.

Çinin xarici işlər naziri Qin Gang daha əvvəl Pekin və Vaşinqton arasında münasibətlərin tarixin ən aşağı səviyyəsinə çatdığını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN