Kiyev Şəhər Hərbi İdarəsi (KŞHİ) şəhərdə elektrik enerjisinin qismən kəsildiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli hakimiyyət öz Telegram kanalında məlumat yayıb.

“MEŞ (Milli Enerji Şirkəti) “Ukrenerqo” şəbəkələrində fövqəladə vəziyyət yaranıb. Kiyevdə 100 000 istehlakçının əlaqəsi kəsilib”, - məlumatda deyilir.

Şevçenkovski, Svyatoşinski, Solomenski, Qoloseyevski və Podolski rayonlarının bir hissəsində fövqəladə elektrik enerjisi kəsilib.

“Söndürmələr enerji sistemində baş vermiş sistem qəzası səbəbindən tətbiq edilib”, - KŞHİ-dən bildiriblər.

Bundan əvvəl məlum olmuşdu ki, Ukraynanın DTEK enerji şirkətinin Kiyevdəki dörd yüksək gərginlikli yarımstansiyası qəzaya görə enerjisizləşdirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN