Ukrayna prezidenti Vladimir Zelenski Rusiyadan kitab idxalını qadağan edən qanuna veto qoyulmasını dəstəkləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə dövlət başçısının saytındakı petisiyaya cavabda deyilir.

Bundan əvvəl prezident aparatının saytında “Ukrayna mədəni məkanını “rus dünyası”ndan qorumaq” və Ali Rada tərəfindən nəşriyyat məhsullarının idxalına və yayılmasına məhdudiyyətlərin qoyulması haqqında qanunun imzalanması tələbi ilə petisiya yayılıb.

Dövlət başçısının cavabında qeyd olunur ki, Ukraynanın Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi bu qanunun qəbuluna qarşı çıxıb, çünki bu, ölkə konstitusiyasını pozur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA