Özbəkistan Respublikasının  Küvasay Şəhər Cinayət Məhkəməsində pişiyi diri-diri yandıran 3 nəfər inzibati tənbehetmə ilə - 3, 5 və 7 sutkalıq həbs ilə cəzalandırıblar.

Daha əvvəl isə profilaktika müfəttişi tərəfindən üç qanun pozuntusu törədən şəxs barəsində tərtib edilmiş ilk inzibati protokolda minimum 3 əsas hesablanmış dəyər məbləğində cərimə nəzərdə tutulmuşdur. Bundan qeyzlənən  Heyvanları Mühafizə Cəmiyyəti  (“Mehr və Oqibat”) cəzaya yenidən baxılması üçün Baş Prokurorluğa təqdim etdiyi vəsatətdən sonra Kuvasay prokuroru bu qərardan protest verib və o, ləğv edilib, sonra iş məhkəməyə göndərilib.

Daha əvvəl verdiyimiz məlumata görə, Özbəkistan Respublikasının Fərqanə rayonunun  Kuvasay yaxınlığındakı Kərəmkül kəndində bir neçə nəfər pişiyi qəfəsə bağlayıb, üzərinə yanacaq töküb, sonra isə diri-diri yandırıblar. Proses lentə alınıb və sonra sosial şəbəkələrdə yayılıb.

Həmin şəxslər aşkar edilmiş və onlar barəsində Özbəkistan İnzibati Məsuliyyət Məcəlləsinin 111-ci (heyvanlara qarşı amansızlıqla davranma) maddəsi ilə inzibati protokol tərtib edilmişdi.

Xatırladaq ki, dünyada heyvanlarla amansız davranmaya görə qanunvericilik aktı 1822-ci ildə Böyük Britaniyada qəbul olunub.

Məlumatlara görə, hətta Avstriyada 2004-cü ildə qəbul olunmuş qanuna görə, itlərin belə zəncirlənməsi, şirlərin sirk üçün əhilləşdirilib istifadə olunması, bəzi heyvanların zoomağazalarda qəfəslərdə saxlanılması cinayət məsuliyyəti yaradır.

Belə əməl sahiblərinə Almaniyada 25.000 avro həcmində cərimə tətbiq olunur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü madəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə təyin edilir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA