Rusiya prezidenti Vladimir Putinin hesab edir ki, Ukrayna hərbçiləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) döyüşçülərinə qarşı heç bir şanslarının olmadığını başa düşür.

"Döyüşçülərimizin cəsarəti və qəhrəmanlığı, komandirlərin Rusiyaya qarşı istənilən təcavüzkar hərəkətlərini dəf etməyə hazır olması sayəsində, mənə elə gəlir ki, düşmənin şansı yoxdur. Onlar bunu başa düşürlər, ona görə də indi ayağa qalxıblar".

Bu sözləri Vladimir Putin hərbi universitetlərin məzunları ilə görüşdə bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlarda hələlik heç bir aktiv hücum hərəkəti həyata keçirilmir.

Xatırladaq ki, 1 ildən artıqdır ki, Ukraynada müharibə gedir. Ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyib. Minlərlə günahsız insan, o cümlədən uçaqlar həlak olub və olmaqdadır.

Müharibə isə bitmək bilmir - Rusiya və Ukrayna arasında sülhə gedən yol, sanki dalana dirənib...

 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA