Kiyevin mərkəzində partlayış baş verib...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Kiyevin Dneprovski rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində 2 nəfər həlak olub, 6 mənzil dağılıb. Bu barədə mer Vitali Kliçko hadisə yerində olaraq özünün fb səhifəsində məlumat yayıb. Sitat: "Kiyevin Dnepr rayonu. Gecə saat 3-dən sonra partlayış oldu. Ciddi zədələnmiş evi görürük, 6 mənzil uçub". Mer əlavə etdi ki, hazırda dağıntıların təmizlənməsi üçün işlər aparılır. Zərərçəkmiş hündürmərtəbəli binada ümumilikdə 126 mənzil var. Kliçkonun sözlərinə görə, ekspertlər evin sonrakı istismara yararlı olub-olmadığını, dayaq konstruksiyalarının zədələnib-zədələnmədiyini yoxlayırlar.
"Bir az sonra biz partlayışın səbəbləri barədə danışa biləcəyik - bu, qaz da ola bilər, partlayıcı da...- ekspert rəyini gözləyirik".

Sosial şəbəkələrdə isə bunu daha çox təxribat kimi qiymətləndirir və Rusiya xüsusi xidmət orqanlarının əli olduğunu yazırlar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA