Təkcə son sutka ərzində Ukrayna müdafiəçiləri 650-yə yaxın rus işğalçısını, 21 artilleriya sistemini, 12 zirehli döyüş maşını, 7 tank və 1 helikopteri məhv ediblər.

Tezadlar.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsinə istinadla bildirir ki, 24.02.22-dən 22.06.23-dək rusların ümumi döyüş itkiləri təxminən belədir:
canlı qüvvə - təxminən 222 650 (+650) nəfər,
tanklar - 4,013 (+7) ədəd,
zirehli döyüş maşınları - 7783 (+12) ədəd,
artilleriya sistemləri - 3,941 (+21) ədəd,
MLRS - 617 (+2) vahid,
hava hücumundan müdafiə sistemləri - 376 (+1) ədəd,
təyyarə - 314 (+0) ədəd,
helikopterlər - 307 (+1) ədəd,
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 3438 (+10) ədəd,
qanadlı raketlər - 1214 (+0) ədəd,
gəmilər/qayıqlar − 18 (+0) ədəd,
avtomobil avadanlığı və tankerlər - 6,678 (+11) ədəd,
xüsusi texnika - 539 (+0) ədəd və sair...

Müharibə isə davam edir. 

Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin son günlər Ukrayna ordusunun əks-hücumunun dayandırıldığına münasibət bildirib. Putin deyib ki, bu Ukrayna ordusunun silah-sursat çatışmazlığındandır... Ukrayna tərəfi isə bunu başqa səbəblərlə əlaqələndirir... 

Müharibə isə davam edir.

XALİQ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA