Şimali Osetiyanın rəhbəri Sergey Menyailo "Vaqner" ÖHŞ-də xidmət edən həmyerlilərini Yevgeni Priqojinin cinayətkar əmrlərinə tabe olmamağa çağırıb. Menyailo qeyd edib ki, Priqojinin hərəkətləri Rusiya xalqına qarşı cinayətdir.

"Mən "Vaqner" ÖHŞ sıralarında xidmət edən həmyerlilərimizi Priqojinin cinayət əmrlərinə tabe olmamağa çağırıram", - deyə Menyailo Telegram kanalında yazıb.

Respublika başçısı qeyd edib ki, Priqojin vətənpərvərlik şüarları arxasında gizlənərək, vətənin mənafeyinə xəyanət edərək, hər bir rusiyalıya xəyanət edərək Rusiyanı qardaş qırğını vətəndaş müharibəsinə sürükləməyə çalışır.

Menyailo Şimali Osetiya sakinlərini respublikadan kənara çıxmamağa və təxribatlara uymamağa çağırıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik ittihamı ilə cinayət işi açılıb. Bundan əvvəl Priqojin Rusiya Müdafiə Nazirliyini guya "Vaqner" ÖHŞ-nin arxa düşərgələrinə zərbələr endirməkdə ittiham edib. Rusiya Müdafiə Nazirliyi Priqojinin sözlərini yalan və təxribat adlandırıb.

FTX bildirib ki, "Vaqner" ÖHŞ-nin yaradıcısının silahlı vətəndaş münaqişəsinə çağırışları Rusiya hərbçilərinin “kürəyindən bıçaq zərbəsidir”. Rusiya Federasiyasının Baş Prokurorluğundan bildirilib ki, Priqojini 20 ilə qədər həbs gözləyir.

Rusiya prezidenti Vladimir Putin çətin vaxtlarda ölkəyə xəyanət edən cinayətkar silahlı üsyanın təşkilatçılarını cəzalandırmağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN