Twitter-in rəhbəri, həmçinin Tesla və SpaceX-in baş direktoru İlon Mask bu memdən (Mem - mədəni əhəmiyyətli məlumat vahididir. Mem nitq, yazı, video, rituallar, jestlər və s. vasitəsilə şüurlu və ya şüursuz şəkildə insandan insana ötürülən hər hansı ideya, simvol, tərz, vəziyyət və ya hərəkət tərzidir - RED.) Rostov-na-Donu "Vaqner" ÖHŞ əsgərləri tərəfindən tutulmasını şərh etmək üçün istifadə edib.

Tezadlar.az xəbər verir ki, yazı milyarderin rəsmi Tvitter hesabında yer alıb.

Bakı vaxtı ilə təxminən saat 14:30-da İlon Mask kişi və qadınların istənilən hadisəyə fərqli reaksiyalarını əks etdirən mem yerləşdirib. Burada yuxuda olan qız və yuxusuzluqdan gözləri qızarmış şərti bir kişi təsvir edilmişdir.

"Oğlanlar necə yatırlar? Yox. Oğlanlar "Vaqner" ÖHŞ ilə vəziyyəti izləyirlər", - şəkildəki mətn oxunur.

İlon Maskın paylaşımı bir saatdan az müddətdə 3,2 milyondan çox baxış, 83 min bəyənmə və 4 mindən çox şərh toplayıb. Şərhlərdə insanlar əsasən vəziyyətlə bağlı fikirlərini bölüşür və digər tematik memlar da yerləşdirirlər.

Maskın yazısı ən təəccüblü olsa da, internet auditoriyasının ingilisdilli hissəsinin "Vaqner" ÖHŞ-nin hərbi qiyamına yeganə reaksiyası deyil. Məsələn, daha əvvəl Amerikanın “The Verge” nəşrinin jurnalisti Rostov-na-Donudakı vəziyyəti “Call of Duty” video oyunu ilə müqayisə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN