Almaniyada yüzlərlə insan Ukraynaya NATO silahlarının verilməsinə qarşı çıxıb. Onlar ABŞ hərbi aviabazasının yerləşdiyi Ramşteyn şəhərində kütləvi etiraz aksiyasına gediblər.

Nümayişçilər alyansın siyasətini tənqid edərək, Kiyevə döyüş sursatının verilməsini dayandırmağı, həmçinin Moskva ilə dərhal danışıqlar prosesinə başlamağı tələb ediblər.

Bu həftənin əvvəlində Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın perspektivdə NATO-ya üzv olmaq şansının olmadığını bildirmişdi. Bununla belə, o, Qərbin prioritetinin silahlarla yeni tranşlar olduğunu vurğulayıb.

Cümə günü Aİ Ukraynanın döyüş qabiliyyətinə ayrılan maliyyəni 3,5 milyard avro artırmağa razılaşıb.

Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə vurğulamışdır ki, Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi hər hansı silah göndərilməsi Rusiya Aerokosmik Qüvvələri üçün qanuni hədəf olacaq. Xarici işlər naziri Sergey Lavrov silah tədarükünün dayanmayacağını, əksinə, Ukraynadakı münaqişəni uzadacağını bildirib və Qərb ölkələrinin mövqeyini zərərli və əks-nəticəli adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN