Serbiya prezidenti Aleksandar Vuçiç yerli televiziyada deyib ki, Serbiya heç vaxt Rusiyada və ya başqa bir dövlətdə üsyan cəhdini dəstəkləməyəcək.

Tezadlar.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.

“Biz Türkiyədə, Rusiyada çevriliş cəhdini dəstəkləmədik, nə Amerikada, nə də başqa bir ölkədə dəstəkləməzdik” deyən Vuçiç hakimiyyətin küçədə deyil, seçkilərdə dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Şənbə gününün birinci yarısında Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciət edib - o, “Vaqner” ÖHŞ strukturlarının hərəkətlərini silahlı üsyan və xəyanət adlandırıb.

Həmin gün axşam saatlarında Belarus rəhbəri Aleksandr Lukaşenko Putinlə razılaşaraq ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb, nəticədə, vəziyyətin gərginliyini azaltmaq üçün plan hazırlanıb.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN