Zaporojye AES-də təhlükəsizlik vəziyyəti Ukraynadakı münaqişənin siyasi yolla həlli imkanlarından asılıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib.

Diplomat qeyd edib ki, Zaporojye AES-in təhlükəsizliyi məsələsi Ukrayna böhranının aspektlərindən biridir. Onun fikrincə, bu məsələnin həlli Ukraynada siyasi nizamlanma imkanlarından asılıdır.

Mao Nin münaqişə tərəflərini dialoq üçün əlverişli şərait yaratmağa və əlaqəli məsələləri, o cümlədən nüvə enerjisi sahəsində təhlükəsizlik məsələlərini həll etməyə çağırıb.

Bundan əvvəl təqaüddə olan amerikalı kəşfiyyatçı Skott Ritter Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-də nüvə fəlakəti təşkil etməyə çalışacağı ilə bağlı fikir bildirib.

“Biz Rusiya iləyik” hərəkatının lideri Vladimir Roqov da Ukrayna hakimiyyətinin diqqəti uğursuz hücum cəhdindən yayındırmaq üçün Zaporojye AES-ə qarşı yeni təxribat təşkil edə biləcəyini təklif edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN