Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarına iyunun 24-də “Vaqner” ÖHŞ tərəfindən silahlı üsyanın həllinə verdiyi töhfəyə görə təşəkkür edib. O, bu gün müraciətində müvafiq açıqlama verib.

“Belarus prezidenti Aleksandr Lukaşenkoya vəziyyətin sülh yolu ilə həllinə göstərdiyi səylərə və töhfələrə görə minnətdaram”, - Putin bildirib.

O, həmçinin Rusiya Federasiyasının bütün vətəndaşlarına təşəkkür edib, çünki Prezidentin sözlərinə görə, məhz onların vətənpərvərlik ruhu və möhkəmliyi “Rusiya Federasiyası üçün “ən çətin sınaqdan” çıxmaqda həlledici rol oynayıb.

Xatırladaq ki, iyunun 24-də "Vaqner" ÖHŞ Rostov-na-Donu blokadaya alıb. Qurumun rəhbəri Yevgeni Priqojin Müdafiə Nazirliyi və Baş Qərargah rəisi ilə görüş tələb edib. Axşam saatlarında Lukaşenko “Vaqner” ÖHŞ-nin lideri ilə razılığa gələ bilib. Nəticədə, “Vaqner” Rostov-na-Donu tərk edib və Priqojin Belarusa gedib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN