Sağ mərkəzçi Respublikaçılar Partiyasının lideri Erik Çiotti Fransa hakimiyyətini 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi səbəbindən gecə baş verən qırğınlardan sonra fövqəladə vəziyyət elan etməyə çağırıb. O, bu barədə cümə axşamı Twitter-də məlumat verib.

"Hadisə baş verən hər yerdə dərhal fövqəladə vəziyyət rejiminin tətbiqinə çağırıram", - o yazıb. "Bütün ölkədə təcili olaraq sülh və asayiş bərqərar edilməlidir. Qanun və asayiş qüvvələrinə tam dəstəyimi bildirirəm!"

O vurğulayıb ki, xuliqan qruplar “polisləri öldürməyə” cəhd edib, başqalarının evlərinə, həmçinin komissarlıqlara və bələdiyyə binalarına hücum ediblər. Siottinin sözlərinə görə, dəymiş ziyanın dəyəri milyonlarla avro ilə hesablanacaq.

İğtişaşlar polis patrulunun iyunun 27-də Nanterredə yol yoxlaması zamanı avtomobili saxlamağa cəhd etməsindən sonra başlayıb. 17 yaşlı sürücü tələblərə tabe olmaqdan imtina edərək qaza basıb. Daha sonra polis onu vuraraq yerindəcə öldürüb.

Xidməti silahdan istifadə edən polis qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılaraq həbs edilib. Nanterin dövlət prokurorluğu hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina etməsi ilə bağlı araşdırmaya başlayıb. İnsidentdən sonra iğtişaşlar dalğası Parisətrafı əraziləri bürüdü, bu zaman 24 polis yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN