İşçuk adlı rus qadın iyunun 29-da Moskvada saxlanılıb. Paytaxtın Lefortovo Məhkəməsinin məlumatına görə, Federal Təhlükəsizlik Xidməti onu casusluqda şübhəli bilir və həbsini tələb edir.

İşdə dövlət sirri olan materiallar olduğu üçün iclasın bağlı qapılar arxasında keçiriləcəyi dəqiqləşdirilir. İşçuk E.A. Cinayət Məcəlləsinin 276-cı (“Casusluq”) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, bundan əvvəl Luqansk Xalq Respublikasının Staxanov şəhər sakininin saxlanılması barədə məlumat yayılmışdı. Xüsusi əməliyyat başlayandan sonra həmin şəxs Rusiya Silahlı Qüvvələrinin texnikası və mövqeləri haqqında məlumatları Ukrayna Təhlükəsizlik Xidmətinə ötürməyə başlayıb. Onu vətənə xəyanətə görə ömürlük həbs gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN