Fransada iğtişaşlar zamanı 994 nəfər saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

"İğtişaşlar başlayandan indiyədək 994 nəfər saxlanılıb", - “Le Monde” yazır.

Qeyd edilir ki, bu rəqəm ötən gecə yeni həbslər ediləndən sonra formalaşıb.

Bundan əvvəl Parisin ətrafı, Nanter şəhərində 17 yaşlı yeniyetmə polisin əmrinə tabe olmaqdan imtina etdiyi üçün güllələnib. Bu, iğtişaşlara səbəb olub. Fransada polislə toqquşma zamanı etirazçılar atəşfəşanlıqdan istifadə ediblər. Milli Xəbər Xidməti xəbər verir ki, etirazlarda iştirak edən fəalların əsas qrupu azyaşlılardır. Həmçinin bildirilir ki, etirazçılar Fransa polislərini mühasirəyə alıb və onları şiddətlə döyüblər. Məsələn, polislərdən biri bıçaqlanıb, digərinin çənəsi sındırılıb, - “Vzqlyad” biznes qəzeti yazır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN