Vladimir Zelenski Ukraynaya suverenliyin itirilməsi baxımından düzəlməz ziyan vurub.

Tezadlar.az xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O, Telegram kanalında yazıb ki, bir ölkə öz tarixindən, dilindən, inancından, mədəniyyətindən, adət-ənənələrindən əl çəkərsə, suverenliyini itirər, Ukrayna hakimiyyəti artıq bütün bunları edib.

Volodinin sözlərinə görə, Ukraynada ölkə əhalisinin əksəriyyətinin danışdığı dil qadağan edilib, rus dili və ədəbiyyatı dərslikləri müsadirə olunub, rus yazıçıları təhsil proqramından kənarlaşdırılıb. Qələbə günü “Avropa günü” ilə əvəzlənir, nasistlər Bandera, Şuxeviç və digər cinayətkarlar qəhrəmana çevrilir.

Ukraynada kanonik pravoslav kilsəsi təqib edilir və Kiyev-Peçersk Lavrası dəyərləri Avropa muzeylərinə köçürülür. Bundan əlavə, Zelenski dindarların hisslərinə tüpürərək Milad bayramını yanvarın 7-dən dekabrın 25-nə təxirə salmağı təklif edib.

Həmçinin, Ukrayna hakimiyyəti ailə institutunu məhv edir. Volodin bildirib ki, Ukraynanın ən böyük şirkətləri və rəsmi dövlət resursları “Qürur ayı” adlanan tədbirdə iştirak edir və öz səhifələrini LGBT simvolları ilə “bəzəyirlər”.

Dövlət Dumasının spikeri vurğulayıb ki, son nəticə ukraynalılar üçün acınacaqlıdır: 2022-ci ildə Ukraynanın ÜDM-i 29,1%, əhali isə 23% azalıb.

İndi də Zelenski marixuananı leqallaşdırmaqla, “Ukrayna dövlətçiliyinin tabutuna son mismar vurmaqla” ukraynalılara “ağrı, stress və travmaya dözməyi” təklif edir”, – Volodin yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN