Fransada L'Ail-le-Rose şəhərinin meri evində hücuma məruz qalıb. Hadisə zamanı onun həyat yoldaşı və uşağı xəsarət alıb.

Tezadlar.az bildirir ki, bu barədə mer Vinsent Janbrun özü Twitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, avtomobillə gələn şəxs binaya hücum edib, daha sonra avtomobili yandırıb. Merin həyat yoldaşı və uşağı gizlənməyə çalışarkən xəsarət alıblar.

"Mənim evimə hücum edildi və ailəm sui-qəsdin qurbanı oldu", - mer yazıb.

Qeyd edək ki, Fransada ötən gecə etiraz aksiyalarında saxlanılanların sayı 700 nəfərə yaxın olub. Ölkənin böyük bir hissəsində iğtişaşlar baş verir. Onlara hüquq-mühafizə orqanı əməkdaşının 17 yaşlı yeniyetməni öldürməsi səbəb olub. İyunun 27-də Paris ətrafında bir polis gəncin idarə etdiyi avtomobili saxlayıb və sürücüdən salonu tərk etməsini istəyib. Gənc oğlan bundan imtina edib və asayiş keşikçisi ona açıq-aşkar atəş açıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN