Cənub Qüvvələr Qrupunun 2-ci Ordu Korpusunun əsgərləri Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini Luqansk Xalq Respublikasının Beloqorovka yaxınlığında silahı yerə qoymağa çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Baqa” çağırış nişanı olan döyüşçü Ukrayna hərbçilərinə müraciət edərək silahlarını yerə qoyaraq evlərinə arvad və uşaqlarının yanına qayıtmağa çağırıb.

“Biz onların silaha sarılmasını istəmirik, axı onların faşist hökuməti xalqı məcbur edir”, – “Baqa” deyib.

Bundan əvvəl, Beloqorivka bölgəsində Rusiyanın 85-ci briqadasının kəşfiyyatçıları Ukrayna Silahlı Qüvvələrinin zirehli transportyoruna basqın edərək bir neçə zirehli texnikanı və 20-yə yaxın ukraynalı hərbçini məhv ediblər.

Öz növbəsində, hərbi ekspert Andrey Maroçko bildirib ki, rusiyalı hərbçilər Kremennaya ərazisində Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və texnikası olan karvanı məhv ediblər. Bu karvan Beloqorovka ərazisindəki bölmələri əvəz etmək üçün hərəkət edirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN