Deputat  oğlu əmri yerinə yetirməkdən imtina edərək  hərbi hissəni özbaşına tərk edib və sevdiyi qızın görüşünə gedib - Qazaxıstanda. 

 Qazaxistan Respublikasının deputatı Daulet Turlıxanovun oğlu Nurasıl Bolat xidmət etdiyi hərbi hissənin rəhbərinin əmrinə tabe olmadığı və  icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Belə ki, "Almatı şəhərinin İnzibati Xətalar üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsi müəyyən edib ki, iyulun 2-də hərbi hissənin əsgəri - sıravi Nurasıl Bolat Almatı qarnizonunun qarovulunu tərk etdikdən sonra öz hərbi hissəsinə getməli imiş.

“Lakin o, leytenant A.-nın yanına gətirdiyi bölmə komandirinin bu əmrini yerinə yetirməkdən açıq şəkildə imtina edərək Hərbi Polis İdarəsinin binasına gələn avtomobillə naməlum istiqamətə çıxıb. Məhkəmə iclasında B. iş materiallarında göstərilən halları təsdiqləyib. Məhkəmənin hökmü ilə sıravi B. İnzibati Xətalar Məcəlləsinin 652-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 sutka müddətinə inzibati həbs cəzası ilə inzibati tənbeh tədbiri seçilib”, - məhkəmənin məlumatında deyilir.

Hadisədən sonra deputat  Daulet Turlıxanov oğlunun sevdiyi qızın həsrətinə dözməyərək onunla görüş səbəbindən hərbi hissəni özbaşına tərk etdiyini və bunun fərarilik olmadığını ictimaiyyətə açıqlayıb.

“… O, hələ gəncdir. Və fəxr edirəm ki, oğlum Qazaxıstan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Aşiq oğlan, aramızda kim sevmədi?! Sevdiyi qızla görüşməyin xatirinə uzaqlaşıb. Bəli, ağılsızlıqdır, amma gənclik, hisslər, duyğular... İndi mən bir ata kimi uşağım üçün narahatam. Güclü sosial təzyiqə görə onun psixoloji vəziyyəti çox arzuolunmazdır. Onun yaşındakı oğlanlar tənqidi yaxından qəbul edirlər və mən onun həyatı üçün qorxuram. O, mənim oğlumdur. Hansı valideyn övladına pislik arzulayır? Və Allah eləməsin, özünə əl qaldırar - mən bunu elə belə buraxmayacağam”, - deyə sosial şəbəkə hesabında bəyan edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN