İstanbulda uçuşa gecikən sərnişinlər əsl dəlilik nümunəsi göstəriblər.
Tezadlar.az xəbər verir ki, iki İsrail vətəndaşı: ata və oğlu vaxtında təyyarəyə minə bilməyiblər, lakin nəyin bahasına olursa-olsun bununla razılaşmayaraq, uçmaq qərarına gəliblər.
Onlar artıq layneri tərk etmiş hava körpüsünün qapısını sındıraraq açıb üç metr hündürlükdən aerodrom sahəsinə atılıblar.
Sərnişinlərin onsuz da qapısı qapalı olan təyyarəyə tam olaraq necə minəcəkləri bəlli deyil. Hər halda, plan uğursuz olub. Gecikmiş şəxslər dərhal polis tərəfindən yaxalanaraq ərazidən aparılıb.
E.ŞİRİNOV