Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze hesab edir ki, Ukrayna hakimiyyəti gürcü müxalifəti ilə birlikdə Gürcüstana Avropa İttifaqına namizəd üzv statusunun verilməsinin qarşısını almağa cəhd edə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Radikal müxalifət [Gürcüstan] ümid edir ki, bizə namizəd statusunun verilməsinə mənfi təsir edəcək şəxslərdən biri də Ukrayna hakimiyyəti olacaq”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, müxalifət Ali Radadakı “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiyadan, Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilovdan, Ukrayna parlamenti aparatının rəhbərinin müşavirindən öz məqsədləri üçün istifadə etməyə cəhd edə bilər.

Bununla yanaşı, Kobaxidze Gürcüstana istənilən halda Aİ-yə namizəd statusunun veriləcəyinə ümid etdiyini bildirib.

Bir gün əvvəl Kobaxidze bildirmişdi ki, Ukrayna hakimiyyəti Gürcüstana qarşı təhqiramiz tələblər irəli sürüb. Onun sözlərinə görə, söhbət 2021-ci ilin oktyabrından vətənində həbsdə olan Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin Kiyevə köçürülməsinə çağıran Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatından gedir.

Bundan əvvəl Ukraynanın Aİ-yə daxil olmaq üçün neçə şərt yerinə yetirdiyi məlum olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN