Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MKT) İraqın Süleymaniyyə vilayətində ustalıqla planlaşdırdığı xüsusi əməliyyat nəticəsində türk diplomat Osman Kösenin qətlinin təşkilatçısı olan “Həsən” kod adlı PKK liderlərindən biri zərərsizləşdirilib.

Ölkənin xüsusi xidmət orqanlarındakı mənbə bildirib ki, “PKK-nın İraq kəşfiyyatçısı” adlandırılan  “Hasan” təxəllüsü ilə 2019-cu ilin iyulunda türk diplomatı Osman Köseyə sui-qəsdin təşkilatçısı PKK-nın kəşfiyyat strukturunda yüksək vəzifə tutan Cəlal Kaya olub.

Türkiyə MKT-nin həyata keçirdiyi bu uğurlu əməliyyatın terrorçu təşkilata ağır zərbə vurduğu deyilir.

Xatırladaq ki, PKK  terrrorçuları 1984-cü ildən 2021-ci ilədək Türkiyədə 6 mindən çox mülki vətəndaşı qətlə yetirib.- 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN