Çexiya Ukraynaya döyüş helikopterləri və döyüş sursatları göndərəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Petr Fiala respublikada olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra jurnalistlərə bildirib.

"Çexiya Ukraynaya döyüş helikopterləri və döyüş sursatları verəcək", - Fiala bildirib.

Onun sözlərinə görə, Çexiya Ukraynaya bütün sahələrdə, o cümlədən müdafiə sahəsində yardımı davam etdirəcək. Xüsusilə, Çexiya Ukraynaya pilotların, o cümlədən F-16 döyüş təyyarələri üçün pilotların hazırlanmasında kömək edəcək.

Bununla yanaşı, Çexiyanın baş nazirinin sözlərinə görə, Praqa təlim trenajorlarını Kiyevə köçürəcək ki, pilotlar da birbaşa Ukraynada təlim keçə bilsinlər.

Daha əvvəl bildirilmişdi ki, Çexiya JMD başlayandan bəri Ukraynaya 676 ədəd ağır texnika və hava hücumundan müdafiə sistemləri göndərib. Silahdan əlavə, Praqa Kiyevə 4,2 milyon döyüş sursatı və 380 min top mərmisi verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN