Ukrayna hökumətinin Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvilini vətəninə qaytarmaq qərarı iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsinə sübutdur.
Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan səfiri “İmedi” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, növbəti addım diplomatik münasibətlərin tam kəsilməsidir.
“Bu, diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması deməkdir. Bunun ardınca diplomatik münasibətlərin kəsilməsi baş verir. Mənim üçün əsas vəzifə Ukrayna tərəfi ilə razılaşdığımız vaxt çərçivəsində Ukrayna ərazisini tərk etmək idi”, - Zakaraşvili bildirib.
Qeyd edək ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, bir neçə cinayət işində müttəhimdir. Bundan əvvəl Saakaşvili bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işi üzrə qiyabi mühakimə olunub. Eks-prezident müvafiq olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmələr 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” teleşirkətinin talan edilməsi və dövlət büdcəsinin vəsaitlərinin israf edilməsi ilə bağlı işlərə baxır.
E.ŞİRİNOV