Lənkəranda doğuş zamanı ana və körpəsi dünyaslnı dəyişib...

Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, gecə saatlarında rayonun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü Aygün İlham qızı Qurbanzadə yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib. Qadın 6 aylıq hamilə olduğu üçün o, Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Daha sonra A.Qurbanzadə orada dünyasını dəyişib. Qadının yaxınları A.Qurbanzadənin ölümünə görə, Mərkəzi ittiham edirlər. Onlar körpənin də öldüyünü bildirirlər.

 1995-ci il təvəllüdlü A.Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran Regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bİr neçə ildir ailə həyatı quran A.Qurbanzadənin bu, üçüncü hamiləliyi olub. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN