Paris polisi etirazlara qarşı mübarizə çərçivəsində Fransa paytaxtının ətraf ərazilərində təxminən 300 kiloqram pirotexniki vasitə müsadirə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

"Dünən səhər Aubervilliersdə pirotexniki vasitələrin satışına nəzarət əməliyyatı zamanı polis gömrükçülərin köməyi ilə 286 kiloqram pirotexniki məmulat və ya ümumilikdə 66 qutu fişəng müsadirə edib", - Paris polis prefekturasından bildiriblər.

Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları artıq Paris ətrafının digər ərazilərində dörd tondan çox pirotexniki vasitə müsadirə ediblər. Atəşfəşanlıq və digər pirotexniki vasitələrdən etirazçılar həm binaları və avtomobilləri yandırmaq, həm də polis əməkdaşlarına hücum etmək üçün fəal şəkildə istifadə edirlər. İndi Fransada əsas bayramlardan biri - 14 iyul Bastiliya Günü öncəsi təhlükəsizlik tədbirləri xüsusilə gücləndirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN