Fələstin vətəndaşı İsrail Müdafiə Qüvvələrinə silahlı hücum edib və İordan çayının qərb sahilində, Ramallahın şimal-qərbində yerləşən yəhudi Halamiş qəsəbəsi yaxınlığında zərərsizləşdirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə ordunun yaydığı bəyanatda deyilir.

"Bir müddət əvvəl şübhəli şəxs avtomobili Deyr Nizam qəsəbəsi yaxınlığında (Halamiş yaxınlığında yerləşir) nəzarət-buraxılış məntəqəsinə aparıb. İsrail Müdafiə Qüvvələrinin əsgərləri onu yoxlamaq üçün saxlayıblar, çünki o, şübhələrə səbəb olub. Bundan sonra hücum edən şəxs avtomobildən düşüb, partlayıcı qurğu atıb və hərbçilərə atəş açmağa başlayıb, onlar da atəş açıb və hücumçunu zərərsizləşdiriblər”, - məlumatda deyilir.

Ordunun mətbuat xidməti həmçinin bildirib ki, hücum edən şəxsdən öz istehsalı olan “Karlo” avtomatı müsadirə edilib. İsrail hərbçilərinin itkisi yoxdur.

“Jerusalem Post” qəzeti fələstinlinin yerindəcə öldüyünü iddia edir. Bu məlumatı Fələstin Səhiyyə Nazirliyi də öz Telegram kanalında təsdiqləyib.

"Səhiyyə Nazirliyinə Ramallahın qərbində, Deyr Nizam kəndi yaxınlığında 33 yaşlı Fələstin vətəndaşının ölməsi barədə məlumat daxil olub", - nazirliyin açıqlamasında deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN