Hindistanın Uttar Pradeş ştatının Şahabad şəhərində meymun motosikletdən içərisində külli miqdarda pul olan çantanı oğurlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Motosiklin sahibi Şərafət Hüseyn alqı-satqı müqaviləsi tərtib etmək üçün qeydiyyat şöbəsinə gəlib. O, getdiyi vaxt bir meymun motosikletə yaxınlaşıb. Müşahidə kameralarının görüntülərindən görünür ki, o, park edilmiş bütün motosikletlərin baqajını yoxlayıb, sonra onlardan birindən içərisində 150.000 rupi pul olan çantanı götürüb qaçıb.

Motosikletçi geri qayıdanda pulun oğurlandığını görəndə təlaşa düşüb. O və hadisə şahidləri heyvanı axtarmaq üçün birləşib. Sonda meymun ağacda görünüb və çanta ondan götürülüb.

Rayon rəhbərliyi Şəhabadda meymunlarla bağlı problem olduğunu etiraf edib və onların tutulması və cəngəllikdə məskunlaşdırılması üçün bir qrup işə götürməyi planlaşdırdığını bildirib.

Bundan əvvəl Tailandın şimal-şərqindəki Sisaket əyalətindəki Khao Phra Wihan Milli Parkında meymunun turistdən külli miqdarda pul olan çantanı oğurlayaraq uçurumdan atdığı bildirilmişdi. Çantada pulla yanaşı, qadının sənədləri və şəxsi əşyaları da olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN