Ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19 min 533 cinayət qeydə alınıb. Bu cinayətlərin 95,5 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub.

Tezadlar.az xəbər verir ki, bunu daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov Daxili İşlər Nazirliyində 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında məruzəsi zamanı deyib.

Seyfulla Əzimov 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 15,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 12,3, əzab vermələrin 22,2, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 21,7, adam oğurluqları və quldurluqların hər birinin 25, soyğunçuluqların 8,4, xuliqanlıqların 16,6, oğurluqların 1,7, onlardan mənzillərdən edilənlər 21,7, ailə münaqişəsi zəminində baş vermiş cinayətlərin 1,4, ictimai yerlərdə qeydə alınmış cinayətlərin 13,6 faiz azaldığını qeyd edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN