Bölgə komissarı Rhoda Onyança dəfnin axtarışı zamanı yeni cəsədlər tapdıqlarını açıqlayıb.

TEZADLAR.AZ xəbər verir ki, Keniyada aclıq təriqətilə bağlı istintaq çərçivəsində tapılan cəsədlərin sayı 372-yə yüksəlib.

  Bölgə komissarı Rhoda Onyança dəfnin axtarışı zamanı yeni cəsədlər tapdıqlarını açıqlayıb.

  Tapılan cəsədlərin sayının 372-yə yüksəldiyi barədə məlumatı paylaşan Onyança aprel ayından bu yana 95 nəfərin təriqətdən xilas edildiyini bildirib.

  “Good News” beynəlxalq kilsəsinin keşişi Pol Makkenzi (Paul Mackenzie) haqqında kilsəsindəki adamlara ac qalıb İsa peyğəmbərə qovuşmalarını vəd etdiyi və bu səbəbdən bir çox insanın ölümünə bais olduğu ilə bağlı istintaq başladılıb. Təriqətin başçısı Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyyitinin tapıla biləcəyini deyib.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN