“İltalehti” qəzeti yazır ki, ABŞ prezidenti Co Bayden Finlandiya lideri Sauli Niinistö ilə görüşdə Finlandiyanın NATO-ya daxil olması ilə bağlı qərarını üç saniyəyə qəbul etdiyini bildirib.

Niinistö Baydenə Finlandiyaya səfərinə və ölkənin alyansa qoşulmaq istəyini dəstəklədiyinə görə təşəkkür edib. Niinistö görüşün əvvəlində vurğulayıb: "O zaman Finlandiya təhlükəsizlik siyasətinin yeni dövrünə qədəm qoydu”.

"Bəli deməyim təxminən üç saniyə çəkdi" deyən Bayden Finlandiya ilə birlikdə NATO-nun həmişəkindən daha güclü olduğunu söyləyib.

Görüşdə Finlandiyanın Baş naziri Petteri Orpo, Finlandiyanın Vaşinqtondakı səfiri Mikko Hautala və ABŞ-ın Helsinkidəki səfiri Duqlas Hikki də iştirak ediblər.

Xatırladaq ki, Finlandiyanın NATO-ya üzv olmaq ərizəsi 2023-cü il martın 31-də alyansın bütün üzv ölkələri tərəfindən ratifikasiya edilib. Aprelin 4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında rəsmi olaraq ölkənin bayrağı qaldırılıb. Finlandiya alyansın 31-ci üzvü olub.

Cümə axşamı Finlandiyanın paytaxtı Şimali Avropa ölkələri və ABŞ-ın sammitinə ev sahibliyi edəcək.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN