Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın ötən ay verdiyi anti-Azərbaycan petisiyasını rədd etmək qərarına gəlib.

Onlar “Laçın” keçid məntəqəsinin yığışdırılması tələbini əsassız hesab ediblər.

Söhbət Laçın keçid məntəqəsinin quraşdırılması üçün Azərbaycanla bağlı müvəqqəti tədbirlərin görülməsindən gedirdi.

Məhkəmə təsdiq edib ki, keçid məntəqəsi nəqliyyatın hərəkətinə mane olmur, ona görə də İrəvanın onun götürülməsi tələbi əsassız hesab olunur.

Laçın yolunda keçid məntəqəsi apreldə yaranıb. Azərbaycan Dövlət Sərhəd Xidməti izah edib ki, keçid məntəqəsinin yaradılması barədə qərar Ermənistandan Azərbaycan torpaqlarında yerləşən silahlı birləşmələrə silah və hərbi texnikanın keçirilməsinin qarşısını almaq məqsədilə verilib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN