“Biz Rusiya ilə bir yerdəyik” regional ictimai hərəkatının rəhbəri Vladimir Roqov şənbə günü gecə Zaporojye şəhərində sursat anbarının məhv edildiyini bildirib.

Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Dünən gecə ukraynalı yaraqlıların müvəqqəti işğal etdikləri Zaporojye şəhərindəki hərbi anbarına dəqiq zərbə endirilib”, - deyə o əlavə edib ki, sursatların partlaması eşidilib.

Roqovun sözlərinə görə, düşmən xəttinin arxasındakı anbarların dağıdılması ukraynalı yaraqlılardan azad edilmiş dinc şəhərlərin atəşə tutulmasını xeyli azaldır.

Bundan əvvəl bildirilmişdi ki, iyulun 15-nə keçən gecə ruslar Zaporojyedə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün işləyən obyektlərə irimiqyaslı dron hücumu həyata keçirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN