NATO-nun Vilnüs sammitində heç vaxt Ukraynanın ünvanına “korrupsiya” sözü çəkilmədi ki, bu da Kiyevə etimadın artmasından xəbər verir.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib.

Onun fikrincə, bu, korrupsiya ilə mübarizə səylərinin uğurunun əlamətidir.

“Bu o deməkdir ki, bizim səylərimiz - həm Ali Rada, həm də yaradılmış antikorrupsiya orqanları tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilib və etimad səviyyəsi yüksəlib”, - o deyib.

Buna görə də Reznikov hesab edir ki, Qərb ölkələri indi Ukraynadan islahatlar gözləyir. Lakin onun fikrincə, korrupsiya artıq məğlub olub.

Əvvəllər korrupsiya Ukraynanın NATO-ya qəbul edilməməsinin formal səbəbi adlandırılırdı. Bunu Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Konstantin Bloxin deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN