Almaniyanın xarici işlər naziri Annalena Burbok Türkiyənin Avropa Birliyinə (Aİ) daxil olması ilə bağlı danışıqlar prosesinin son illərdə nəinki dalana dirəndiyini, həm də dərin dalana dirəndiyini bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən jurnalistlərə açıqlama verib.

“Bizim Aİ-yə üzvlük prosesləri ilə bağlı çox aydın qaydalarımız var”, - deyə Burbok bildirib.

“Və son illər Türkiyəyə doğru üzvlük perspektivlərinin, proseslərin və irəliləyişin nəinki dalana dirənməsi, əksinə, deyərdim ki, dərindən dondurulmuş olması onunla izah olunur ki, bu danışıqlar üçün zəruri olan əsas fəsillər – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi nəinki həyata keçirilmir, hətta ondan uzaqdır”, - o deyib.

Eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyə ilə təmasların davam etdirilməsinin zəruri olduğunu vurğulayıb.

"Bununla belə, bizim hər zaman bir-birimizlə dialoqda olmağımız inanılmaz dərəcədə vacibdir" deyən Burbok "Türkiyə ilə qonşuluq son dərəcə vacibdir" deyib.

NATO-nun Vilnüs sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqına daxil olması, gömrük ittifaqı çərçivəsində münasibətlərin yenilənməsi və Aİ ilə vizasız rejimin Ankaraya qədər uzadılması ilə bağlı danışıqlar prosesini sürətləndirmək niyyətini açıqlayıb. Türkiyə 2005-ci ildən Aİ-yə tamhüquqlu üzv kimi daxil olmaq üçün rəsmən çalışır. Bu günə qədər danışıqlar dosyesi adlanan 35 mövqedən 16-sı açılıb. Danışıqlarda əsas maneə Kipr problemidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN