NATO iyulun 11-12-də Vilnüsdə keçirilən sammitdə Ukrayna prezidenti Vladimir Zelenskiyə izah edib ki, Kiyevin alyansa qoşulmağa dəvəti Rusiya ilə münaqişəyə gətirib çıxaracaq, bu, təşkilatın “planlarına daxil deyil”.

Tezadlar.az xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coana Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

“Mən dedim ki, biz bu gün Ukraynanı dəvət edə bilmərik, çünki bu, NATO-nun Rusiya ilə münaqişəyə girəcəyi anlamına gəlir, bu, bizim planlarımızda yoxdur”, - o deyib.

Eyni zamanda o, Vilnüs sammitinin Ukraynanı NATO-ya yaxınlaşdırdığını vurğulayıb.

Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçirilib. İclasda NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, bloka üzv olan ölkələr “Ukraynaya doğru üç addım” atıblar: NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planının icrasını tələb etməmək qərara alınıb, Kiyevə çoxillik hərbi yardım proqramı təsdiq edilib və Ukrayna-NATO Şurasının yaradılması təsdiqlənib. Stoltenberqin açıqladığı yekun bəyanatda müttəfiqlər arasında razılıq əldə edildikdən sonra "bütün şərtlər yerinə yetirildikdə" NATO-ya dəvətin Ukraynaya göndəriləcəyi bildirilib. Kiyevin təşkilata qoşulma şərtlərini yerinə yetirməsi onun üzvləri tərəfindən qiymətləndiriləcək.

İyulun 11-də Zelenski öz Telegram kanalında ölkənin NATO-ya dəvəti və üzvlüyü üçün vaxt çərçivəsinin olmamasını “görünməmiş və absurd” adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN