Yeni Zelandiya hökuməti Rusiya və Belarus bizneslərinə və vətəndaşlarına qarşı yeni sanksiyalar elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Nanaia Mahutanın dərc olunmuş bəyanatında deyilir.

"Yeni Zelandiya Ukraynanı dəstəkləyir və Rusiyanın hərəkətlərinə töhfə verən Rusiya vətəndaşlarını və bizneslərini qınayır", - deyən Makhuta "Ukraynalı uşaqların ailələrindən ayrılması və Rusiyaya deportasiyasında iştirak edən" üç Rusiya vətəndaşına və üç Belarus vətəndaşına maliyyə məhdudiyyətləri tətbiq ediləcəyini qeyd edib.

Nazir bildirib ki, yeni sanksiya siyahısına “Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə etdiyi silahlar, elektron komponentlər və texnologiyalar hazırlayan, istehsal edən və ya satın alan” Rusiya hərbi-sənaye kompleksinin 11 müəssisəsi də daxildir.

"Sanksiyalar həmçinin altı Belarus təşkilatına, o cümlədən Rusiya Federasiyasına dəstək verən maliyyə və kredit təşkilatlarına şamil ediləcək", - nazir əlavə edib.

İyunun 17-də Rusiya prezidenti Vladimir Putin Afrika liderləri ilə danışıqlarda Rusiya hakimiyyətinin uşaqları tamamilə qanuni olaraq Ukraynadakı münaqişə zonasından çıxardığını və heç vaxt onların ailələrinə qovuşmasının əleyhinə olmadığını bildirib.

Yeni Zelandiya Rusiya Federasiyasına qarşı 23 dəfə sanksiya tətbiq edib. Rusiya Federasiyası və Belarusun 1,5 mindən çox vətəndaşına münasibətdə aktivlərlə əməliyyatların aparılmasına və əraziyə girişə qadağa qoyulmasını nəzərdə tutan tədbirlər tətbiq edilib. Bundan əlavə, ciddi iqtisadi məhdudiyyətlər tətbiq edildi, nəticədə, Moskva və Vellinqton arasında ikitərəfli ticarət demək olar ki, tamamilə dayandı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN