Ukrayna silahlı qüvvələri (USQ) Donetski 155 millimetr “NATO” çaplı 13 mərmi ilə atəşə tutub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzində Donetsk Xalq Respublikasının nümayəndəliyi məlumat yayıb.

Donetskin Petrovski, Kuybışevski və Kirovski rayonları vurulub. Jelannoe Pervoe və Netaylovo qəsəbələrində də atışma qeydə alınıb.

155 mm kalibrli mərmilər NATO ölkələri tərəfindən istifadə olunur. Vaşinqton Kiyevə uzaqmənzilli M777 haubitsalarını göndərdi. Ukrayna Silahlı Qüvvələri onlardan Donetsk və Luqansk Xalq Respublikalarını atəşə tutmaq üçün fəal şəkildə istifadə edir. Bundan əlavə, Ukrayna qoşunları Almaniyanın özüyeriyən artilleriya PzH 2000, Fransanın SEZAR və Polşanın “Krab” silahlarından istifadə edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN