Türkiyənin Kahramanmaraş şəhərində yanğınsöndürmə tədbirləri zamanı qəzaya uğrayan Rusiya təyyarəsinin bütün ekipaj üzvləri həyatını itirib.

“Haber Global” xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi də axtarış tədbirlərinə əməkdaşlarını cəlb edib.

***

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.

Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.

Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.

Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndərəcəyi qeyd olunub.

***

Türkiyənin Kahramanmaraş şəhərində amfibiya təyyarə qəzaya uğrayıb.

“Haber Global” xəbər verir ki, hadisə şəhərin Onikişubat rayonunda qeydə alınıb.

Təyyarənin göyərtəsində 8 nəfərin olduğu deyilir.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qəzanın dəqiq səbəbləri məlum deyil.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN