Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes-Benz” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

İlkin məlumata görə, baş verən qəzada ölən və xəsarət alanlar bir ailə üzviləridirlər. Belə ki, hələlik şəxsiyyətləri məlum olmayan ata, ana və bir övladı ölüb, iki övladı isə xəsarət alıb. Zərərçəkənlər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Kürdəmirdə baş verən yol qəzasında ölən və xəsarət alanları şəxsiyyətləri məlum olub.

Ölənlər Zərdab rayon sakinləri Qalib Hüseynov, onun həyat yoldaşı Aytəkin Hüseynova və övladı Gülər Hüseynovadır. Xəsarət alanlar isə Q. Hüseynovun digər övladları, 2015-ci il təvəllüdlü Sabiq Hüseynov və 2009-cu il təvəllüdlü Aynur Hüseynovadır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN