“Təzadlar” şikayəti həm də Məhkəmə Hüquq Şurasına göndərməli oldu...

Redaksiyaya daxil olan şikayət məktubunda deyilir: “Salam, hörmətli tezadlarTV-nin rəhbərliyi! Sizdən çox xahiş edirik, bizim məhv olmuş hüquqlarımızı kanalınızda və ya qəzetinizdə işıqlandırasız. Biz Sultanov Barat və Sultanova Rayisə, Gədəbəy sakiniyik. Gədəbəy rayon Məhkəməsinin hakimi  Maarif Kazımov 5 ildir ki, bizim qanuni evimizi qardaşım Şöhrət Sultanovun xeyrinə qərar verib bizi evimizdən çıxarmışdır.

Biz yaşlı insanları neçə ildir süründürür. Belə ki, Gədəbəy rayonunun Novoivanovka kəndində olan rus milliyətindən olan Aqafiya adlı qadından aldığımız “kupça”lı,  “texpasport”lu və arxiv arayışlı olan evimizi qardaşım Sultanov Şöhrət Müseyib oğlu saxtakarlıqla özünü bizim xəbərimiz və razılığımız olmadan təsərrüfatımıza qeyd etdirmişdir. Nəticədə bizim evimizə qeydiyyata düşmüşdür. 16 il keçəndən sonra tamah məqsədilə iddia qaldıraraq Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş və nəyə görəsə Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımov da onun xeyrinə qərar çıxarmışdır. Halbuki məhkəmə araşdırma, yoxlama aparmalıydı. Və biz bütün orqanlara və lazım olan yerlərə müraciət və ərizə yazdıqca, müdaxilə etdilər. Apellyasiya və Ali Məhkəmə hamısı bizi dindirmədən, yoxlama aparmadan sifarişlə həmin qərarı qüvvədə saxladılar. Biz cavabdeh tərəf olaraq Apellyasiya və Ali Məhkəmədə keçirilən proseslərdə heç vaxt iştirak etməmişik. Beləliklə,  heç bir məhkəmə araşdırması getmədən hüquqlarımızı vəhşicəsinə pozaraq birinci qrup əlil qızımı və bizi hər iki yaşlı adamı qışın şaxtalı günündə- fevralın 21-də aldadaraq evə həbs qoyulacaq adı ilə saxta qərarla çölə atdılar. Birinci qrup əlil qızım qapılarda dünyasını dəyişdi. Bu heç bir qanuna sığmayan haqsızlıqdı. Biz nə zülmlər çəkdik. Hara müraciət etdiksə, dedilər ki, bu sizin qanuni evinizdir, sizə güclü vəkil lazımdır ki, bu işin saxtalığını üzə çıxartsın. Sizdən çox xahiş edirik, bizə olan bu haqsızlıqları işıqlandırasız. Çox sağ olun.

Şikayətçilər: Barat Sultanov və Rayisə Sultanova”.

Redaksiyadan: vətəndaşların Konstitusiyada nəzərdə tutulan əmlak hüququ pozulduğundan, Konstitusiya Məhkəməsinin Plenumuna qaldırası bir məsələdir. Sadəcə, şikayətçilərin söylədiyi kimi, vəkil xidmətindən istifadə olunmalıdır...

XƏYYAM

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN