TASS hava hücumundan müdafiə sistemindəki yüksək rütbəli mənbəyə istinadən xəbər verir ki, Moskva və Moskva vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan pilotsuz uçuş aparatları Ukrayna ərazisindən gəlib.

“Avqustun 1-nə keçən gecə Moskvaya və Moskva vilayətinə hücum etməyə cəhd edən pilotsuz təyyarələr Ukrayna ərazisindən uçublar”, - məqalədə deyilir.

Agentliyin həmsöhbətinin sözlərini fövqəladə hallar xidməti də təsdiqləyib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin Moskvada obyektlərə hücum edən bir neçə Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib. Daha bir pilotsuz təyyarə elektron müharibə ilə yatırılıb və “Moskva Siti” biznes mərkəzinin ərazisinə düşüb.

Öz növbəsində, Moskva meri Sergey Sobyanin bildirib ki, düşmüş pilotsuz təyyarə “Moskva Siti” qüllələrindən birinin fasadını zədələyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN