Əhalinin xəbərdar edilməsi üçün rəsmi resursdan verilən məlumata görə, Ukraynanın şərqində, mərkəzində və cənubunda altı regionda hava hücumu elan edildiyi məlum olub.

Tezadlar.az xəbər verirki, bu barədə TASS məlumat yayıb.

Hazırda Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa, Poltava və Xarkov vilayətlərində, həmçinin Ukrayna hakimiyyətinin nəzarətində olan DXR, Zaporojye və Xerson vilayətlərində sirenlər səslənir.

Sonradan məlum olub ki, Ukraynanın yuxarıda göstərilən bütün bölgələrində hava hücumu xəbərdarlığı ləğv edilib. Agentlik qeyd edir ki, sirenlər təxminən yarım saat ərzində səslənib. Bundan əvvəl məlum olub ki, Qərb hökumətləri Rusiya Silahlı Qüvvələrinin Odessadakı hərbi infrastruktura raket zərbələri endirməsindən və Moskvanın taxıl sazişindən çıxmasından şoka düşüblər. LPR və DXR rəhbərlərinin kömək istəyinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN