Amerika prezidenti Co Bayden və onun ətrafı hakimiyyəti istənilən yolla saxlamaq üçün hər şey edəcək, bunu mənə qarşı irəli sürülən ittihamlar da sübut edir.

Tezadlar.az xəbər verir ki, bu fikri keçmiş dövlət başçısı Donald Tramp bildirib.

O, özünə qarşı ittihamları gülünc adlandırıb.

“Bu, hüquqi iş deyil, uğursuz və rüsvay olmuş Co Bayden və onun radikal solçu quldurlarının hakimiyyəti saxlamaq istəyində çarəsizlik aktıdır”, - Tramp özünə qarşı ittihamları şərh edib.

Onun sözlərinə görə, ABŞ administrasiyası Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşmağı qeyri-qanuni etməyə çalışır. Tramp özünə qarşı irəli sürülən ittihamların qanunsuzluğuna işarə edib.

Qeyd edək ki, avqustun 4-də Tramp məhkəməyə gəlmədən məxfi sənədlərlə bağlı əlavə ittihamları qəbul etməkdən imtina edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN