Aydaho ştatında məktəb avtobusunun magistral yolda aşması nəticəsində 11 uşaq ağır yaralanıb.

Bu barədə “Facebook”da ştatın polis idarəsi məlumat yayıb.

"30-a yaxın insanı daşıyan avtobus 55 saylı şossedə aşıb. Zərərçəkənlərə kömək etmək üçün polis gəlib. Ümumilikdə 11 uşaq xəsarət alıb, onlardan 7-nin vəziyyəti ağırdır, 4-nün həyatı üçün təhlükəli olmayan xəsarətlər alıb", - mətbuat xidmətindən bildirilib. .

Avtobusun Gənc Xristian Assosiasiyasının  yay düşərgəsində istirahət edən 13-18 yaş arası uşaqları daşıdığı dəqiqləşdirilir.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN