Polis əməkdaşlarının sayıqlığı və operativliyi ilə ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs saxlanılıb.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Göyçay rayon sakini, 23 yaşlı Heydər Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.

Polis Bölməsində aparılan araşdırmalarla Heydər Nağıyevin həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.

Digər bir oğurluq hadisəsi avqustun 3-də Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində “Mercedes” markalı bir avtomobilin saxlanc yerindən 20 min 848 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN