Böyük Britaniya Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarənin malikanəsini və iki mənzilini müsadirə edib.

Bu barədə “Twitter”də xüsusi ilə iri həcmdə dələduzluqla mübarizə bürosu (SFO) məlumat yayıb.

 Qurumun məlumatına görə, SFO Gülnarə Kərimovanın və ailəsinin Özbəkistandakı korrupsiya gəlirlərində əli olduğunu müəyyən etdikdən sonra 20 milyon funt-sterlinqdən (23 milyon avrodan çox) çox dəyərində olan əmlakını müsadirə edib.

SFO iddia edir ki, 2004-2012-ci illər arasında eks-prezidentin qızı Özbəkistan bazarına çıxış əldə etmək üçün telekommunikasiya şirkətlərindən yüz milyonlarla dollar rüşvət alıb.

 SFO direktoru Lisa Osofskinin sözlərinə görə, “bu qərar Böyük Britaniyada çirkli pulların kökünü kəsmək üçün davam edən səylərdə irəliyə doğru bir addımdır”.

“Biz bu gün bu obyektlərə nəzarəti ələ keçirmək üçün bir çox ofşor hesabları və şirkətləri özündə birləşdirən mürəkkəb maliyyə izini açdıq” , - o, bildirib.

brit-gulnara

 Xatırladaq ki, Gülnarə Kərimova 2019-cu ildən əvvəlcə 5, sonra isə 10 il həbs cəzasına məhkum edildikdən sonra Özbəkistandakı qadın koloniyasında cəza çəkir.

 2020-ci ilin mart ayında o, sui-qəsd, hədə-qorxu ilə tələb etmə, mənimsəmə və soyğunçuluq, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham olunaraq 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN