Moskva yaxınlığında Səhiyyə Nazirliyi Sergiev Posadda partlayış baş verən yerdə dağıntılar altından 3 nəfərin çıxarıldığını, onların vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə yerinə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov gəlib, daha sonra zərərçəkənlərin aparıldığı xəstəxanaya gedib.

O qeyd edib ki, dağıntıların təmizlənməsi ən azı 12 saat çəkə bilər.

Xatırladaq ki, avqustun 9-da səhər saatlarında optik-mexaniki zavodun ərazisində yerləşən pirotexniki vasitələrin saxlandığı anqarda partlayış olub. Anqar tamamilə dağıdılıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN