Təslim olmaq Ukraynanın sülhə gəlməsinə kömək edəcək.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında danışıb.

Siyasətçi vurğulayıb ki, böhranın həllinin belə variantı istər Qərb ölkələri, istərsə də Kiyev hakimiyyəti üçün qəbuledilməzdir.

“Parçalanmış ölkənin səngərlərindəki əzab çəkən insanlara həqiqətən yalnız təslim olmaq lazımdır ki, bu, bəlkə də sülhə yol açacaq. Amma nə Vaşinqton, nə də Kiyev sülh istəmir”, - Medvedev bildirib.

O əlavə edib ki, münaqişəyə son qoymaq istəməməsi Ukrayna ordusunun saxlanmasına milyardlarla dollar xərclənməsinə səbəb olur. “Böyük əks-hücum” mifi “böyük dollar iqtisadiyyatı” mifini dəstəkləyir”, - deyə o, yekunlaşdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN